Şəxsi kabinetinizi yaratmazdan əvvəl layihə şərtlərini

oxumağınız xahiş olunur.

Xüsusi Qeyd : Azərbaycan Respublikasının  dövlət və özəl müəssisələrində əyani və qiyabi təhsil alan, xüsusi kriteriyalara cavab tələbələr layihədən yararlana bilər.

 

Layihədə iştirak edə bilər:

-Kollec tələbələri

-Bakalavr ( universitet) tələbələri

-Magistr tələbələri

Layihədə iştirak edə bilər:

1.  Ailədə valideynlərinin birini və ya hər ikisini itirmiş şəxslər;

2. Ailədə valideynlərinin biri və ya hər ikisi işsiz olan şəxslər;

3. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və Veteran statusu almış şəxslərin övladları; 

4. Sosial baxımından az təminatlı  səviyyədə yaşayan tələbələr;

5. Valideynlərindən biri və ya hər ikisi I , II və III dərəcəli əlildirsə;

6. Ünvanlı dövlət-sosial yardım alan ailənin üzvləri;
7. Tələbənin özü I , II və III qrup əlildirsə , eyni zamanda sağlamlığını 26 yaşa qədər itirmiş şəxslər;

8. Yaşa görə ( valideyn ) əmək pensiyası alırsa;

9. Yaşa görə ( valideyn ) sosial müavinət alırsa;

10. İctimai fəal tələbələr;

11. Akademik transkripti yüksək olan tələbələr;