İ S T İ F A D Ə   Q A Y D A L A R I

Giriş

www.sosialtelebe.org  internet səhifəsinə (bundan sonra “İnternet səhifəsi”) xoş gəlmisiniz. Xahiş edirik, İnternet səhifəsindən istifadə etməzdən əvvəl bu İstifadə Qaydaları (bundan sonra “Qaydalar”) ilə tanış olun. Bu Qaydalar Sizinlə “Fərid Muradoğlu” MMC (bundan sonra “Təşkilatçı”) arasında bağlanan və www.sosialtelebe.org  İnternet səhifəsində yerləşdirilmiş məzmunların (bundan sonra “Xidmət”)  tərəfinizdən istifadəsini tənzimləyən razılaşmadır.

İnternet səhifəsində  istifadə etməyiniz bu Qaydalar ilə razı olduğunuzu göstərir. Əgər Qaydalarla razı deyilsinizsə, İnternet səhifəsindən istifadə etməməyinizi xahiş edirik.

Qaydaların cümlələrindən ayrı məna ifadə edilmirsə “İstifadəçi” və “Siz” ifadələri ilə “Təşkilatçı” və “Biz” ifadələri eyni mənanı ifadə edir.

1.Qaydalarda edilən dəyişikliklər

Qaydalarda dəyişiklik edilməsi hüququ Təşkilatçıya məxsusdur. Qaydalara son dəyişikliklər [01.02.2021] tarixində edilmişdir.

 Qaydalarda yeni dəyişikliklər edildiyi təqdirdə elektron poçt ünvanınıza dəyişikliklər barədə məlumat göndərilə bilər. Elektron məktub göndərildiyi tarixdən sonra İnternet səhifəsindən istifadəniz dəyişikliklərlə bağlı razılığınız sayılır.

2.Xidmət

  1. Layihə barədə məlumat əldə etmək

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq qaydada təsis edilmiş və fəaliyyət göstərən, dövlət qurumu olmayan və hər hansı bir dövlət qurumu ilə bağlılığı olmayan, sosial yönümlü biznes layihələri həyata keçirən “Fərid Muradoğlu” MMC-nin növbəti layihəsi “Gücümüz Həmrəyliyimizdir” Müsabiqəsidir (bundan sonra “Layihə”). İnternet səhifəsi açıq və ya fərdi qaydada Layihə barəsində aşağıdakı məlumatları təqdim edir:

  • Müsabiqənin şərtləri barədə məlumat;

  • Müsabiqənin gedişatı məlumat;

  • Müsabiqənin qalibləri barədə məlumat;

  • Müsabiqə barədə olan müxtəlif media qurumlarının fotoları və video çarxları.

Yuxarıda göstərilən məlumatları İnternet səhifəsinə daxil olan hər bir İstifadəçi əldə edə bilər və məlumatları əldə etmək üçün İnternet səhifəsində Kabinet yaratmağa ehtiyac yoxdur.

  1. Layihədən iştirakçı qismində qeydiyyatdan keçmək

Layihədə iştirak etmək üçün İnternet səhifəsində Şəxsi Kabinetınızı (bundan sonra “Kabinet”) yaratmalısınız. Kabinet yaradılarkən aşağıdakı identifikasiya edici məlumatlar Sizin tərəfinizdən müəyyən olunur:

  • İstifadəçi adı (qeydiyyatdan keçən şəxsin ad və soyadından ibarət);

  • Şifrə.

Kabinetla bağlı identifikasiya edici məlumatları müəyyən etdikdən sonra Layihədən iştirakçı qismində qeydiyyatdan keçə bilmək üçün bizim fərdi məlumatlarınızı toplamağımıza və işlətməyimizə Sizin razılığınız Kabinet olunacaq formanı təsdiqləməli və İnternet səhifəsinin Məxfilik Siyasətinin 7-ci bəndində göstərilən məlumatlarınızı təqdim etməlisiniz.

Kabinetınızın İstifadəçi adı və şifrəsini müəyyən etdikdən və müvafiq məlumatları təqdim etdikdən sonra Kabinetınız yaradılmış Kabinet olunur və siz Layihədən iştirakçı qismində qeydiyyatdan keçmiş sayılırsınız.

Təqdim edilmiş məlumatlar və Layihədə iştirakınız barədə məlumatları İnternet səhifəsindən Kabinetınıza daxil olmaqla əldə edə bilərsiniz. Kabinetınıza istifadəçi adınızı və şifrənizi tələb edən müvafiq xanaları doldurmaqla daxil ola bilərsiniz.

Qeydiyyatdan keçmiş hər bir iştirakçı ilə müəyyən olunmuş vaxt ərzində əlaqə yaradaraq Müsabiqənin növbəti mərhələsi barədə müvafiq məlumatları ona çatdıracayıq.

3.İstifadəçilərin yaşı

[14] yaşından kiçik yetkinlik yaşına çatmamış şəxslərin İnternet səhifəsində qeydiyyatdan keçməklə göstərilən xidmətlərdən yararlanması qadağandır.

[14] yaşından kiçik şəxslərin qeydiyyatdan keçməsindən xəbərdar olduqda həmin şəxslərin Kabinetları Bizim tərəfimizdən ləğv edilir və barələrində olan məlumatlar silinir.

4.Kabinetın ləğv edilməsi

Kabinetın bu Qaydaların məqsədlərinə uyğun istifadə edilmədiyi aşkarlandıqda tərəfimizdən Kabinetınız ləğv edilə bilər. Həmçinin, Siz Info@sosialtelebe.org elektron poçt ünvanı ilə əlaqə saxlamaqla Kabinetınızın ləğv olunmasını tələb edə bilərsiniz.

Kabinetınız ləğv edildikdə Sizin barənizdə mövcud olan bütün məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat bazalarımızdan silinir.

5.Üçüncü tərəflərin materialları

İnternet səhifəsində üçüncü tərəflərə məxsus fotolar, video çarxlar və ya linklər yerləşdirə bilər. İnternet səhifəsindən istifadə etməklə Siz razılaşmış olursunuz ki, üçüncü tərəflərin materiallarına və Sizinlə üçüncü tərəflər arasında olan hər hansı hadisəyə görə biz məsuliyyət daşımırıq. 

6.Məsuliyyətin məhdudlaşdırılması

İnternet səhifəsi Xidmətdən istifadə, səhv istifadə, etibar etmə, istifadə edə bilməmə, fasilə, dayanma və ya ləğv edilmə, o cümlədən, sistem səhvləri, şəbəkə hücumları, planlı yaxud plansız təmir işlərinə görə fasilələr kimi hallar səbəbindən yaranan zərər və ya itkiyə görə məsuliyyət daşımır.

7.Əqli mülkiyyət

İnternet səhifəsində yerləşdirilmiş materialların əqli mülkiyyət hüququ Təşkilatçıya və onun əməkdaşlrına məxsusdur. Təşkilatçının yazılı razılığı olmadan bu internet səhifəsində yerləşdirilmiş materialların çoxaldılması, yayılması və ya hər hansı başqa üsullarla istifadəsi qadağandır.

8.Elektron kommunikasiya

Qaydaların 2-ci bəndində və Məxfilik Siyasətinin 7-ci bəndində göstərilmiş məlumatları təqdim edərək Müsabiqədə iştirak etmək üçün Kabinet yaratmaqla təqdim etdiyiniz elektron poçt ünvanı və ya telefon nömrəsi vasitəsilə bizim Sizinlə əlaqə qurmağımıza razılıq vermiş olursunuz.

9.Tətbiq edilən qanunvericilik

 

Bu Qaydalar və Sizin İnternet səhifəsindən istifadəniz Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən tənzimlənəcəkdir. Siz  İnternet səhifəsindən istifadə etməklə Təşkilatçı və İstifadəçi arasında ola biləcək mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılmasına razılıq verir və bu məkan və yurisdiksiyaya etiraz etmirsiniz.