M Ə X F İ L İ K   S İ Y A S Ə T İ

Giriş

Bu www.sosialtelebe.org internet saytının Məxfilik Siyasətidir  (bundan sonra “Siyasət”).

“Gücümüz həmrəyliyimizdir” müsabiqə layihəsinin (bundan sonra “Layihə”) təşkilatçısı “Fərid Muradoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Təşkilatçı”) olaraq biz bütün Layihə iştirakçıların (bundan sonra “İştirakçı”) hüquqlarına hörmət edir və mümkün olan bütün üsullarla İştirakçıların hüquqlarının pozulmasının qarşısını almağa çalışırıq.

Siyasətin əsas məqsədi Layihədə iştirak zamanı  Sizə məxsus Fərdi məlumatların istifadə qaydaların müəyyən olunmasından və bu Fərdi məlumatların təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Siyasət Sizdən aldığımız Fərdi məlumatları necə topladığımız və istifadə edəcəyimiz barədə Sizi məlumatlandırır.

Siyasətin cümlələrindən ayrı məna ifadə edilmirsə “İştirakçı” və “Siz” ifadələri və “Təşkilatçı” və “Biz” ifadələri eyni mənanı ifadə edir.

 

1.TƏRİFLƏR

Razılıq dedikdə, fərdi məlumatlarınızın Təşkilatçı tərəfindən www.sosialtelebe.org  vasitəsilə toplanılmasına, saxlanılmasına və işlənilməsinə verdiyiniz razılıq başa düşülür. Razılığınızı istənilən vaxt bizimlə əlaqə saxlamaqla ləğv edə bilərsiniz.

Qanunla qorunan maraq dedikdə, Sizi ən yaxşı xidmətlə/məhsulla, ən yaxşı və etibarlı təcrübə ilə təmin etmək üçün fəaliyyətimizin aparılması və idarə edilməsinə olan maraqlarınız nəzərdə tutulur. Fərdi məlumatlarınızın Layihənin məqsədi üçün istifadə etməyimiz üçün Sizə hər hansı təzyiq etmirik nə də ki təzyiq etmək niyyətimiz var.  Əgər hə hansı fəaliyyətimiz istiqaməti Sizin marqlarınıza xələl yetirə biləcəyi barədə şübhələriniz varsa,  Bizimlə əlaqə saxlamaqla, konkret fəaliyyət istiqaməti barədə və onun qanuniliyi barədə məlumat əldə edə bilərsiniz.

Daxili üçüncü tərəflər dedikdə, “Təhsil Xidmətləri Araşdırma və Təhlili Mərkəzi” kimi Təşkilatçı ilə birbaşa əməkdaşlıq edərək Layihənin həyata keçirilməsində iştirak edən hüquqi və fiziki şəxsləri nəzərdə tutulur.

Xarici üçüncü tərəf dedikdə, müxtəlif məzmunlu xidmətlər göstərən hüquqi və fiziki şəxslərlə yanaşı İştirakçının təqdim etdiyi məlumatların həqiqiliyi və düzgünlüyünün yoxlanılması məqsədilə sorğuların ünvanlandığı dövlət orqanları nəzərdə tutulur.

Fərdi məlumat kateqoriyalarının təsviri:

  • Maliyyə məlumatları: bank Kabineti və ödəniş kartı məlumatları.

  • Əməliyyat məlumatları: Layihə çərçivəsində xeyrinizə edilən və ya Siz tərəfindən alınan ödənişlərə dair məlumat və In-App satınalmalarının təfərrüatları.

  • Qurğu məlumatları: istifadə etdiyiniz mobil qurğunun növü, qurğunun vahid identifikatoru (məsələn, Qurğunuzun IMEI nömrəsi, Qurğunun simsiz şəbəkə interfeysinin MAC ünvanı və ya Qurğunun istifadə etdiyi mobil telefon nömrəsi), mobil şəbəkə məlumatı, mobil əməliyyat sisteminiz,] istifadə etdiyiniz mobil brauzer növü, saat qurşağının  sazlanması  və DİGƏR MƏLUMATLAR.

  • Məzmun məlumatları: Qurğunuzda saxlanılan məlumatlar, o cümlədən, giriş məlumatları fotoşəkillər, videolar və ya digər rəqəmsal məzmun, qeydiyyatlar, sənədlər və DİGƏR FƏRDİ MƏLUMATLAR].

  • Profil məlumatları: istifadəçi adınız və şifrəniz, In-App satınalma xronologiyası, maraqlarınız, seçimləriniz, rəyləriniz və sorğu cavabları.

  • İstifadə məlumatları: bizim Layihədə iştirak etməyiniz və ya saytımıza daxil olmağınızın barədə təfərrüatları.

  • Marketinq və kommunikasiya məlumatları: bizdən və üçüncü tərəflərdən marketinq məlumatlarının almaq seçiminiz və əlaqə seçimləriniz.

  • Məkan məlumatları: GPS texnologiyası, YAXUD DİGƏR TEXNOLOGİYA vasitəsilə Sizin hazırda olduğunuz məkan

  • Şəxsin kimliyi barədə məlumat: Ad, Soyad, Anadan olma tarixi, Şəxsiyyət Vəsiqəsinin Seriya nömrəsi;

  • Şəxsin əlaqə məlumatı: Şəxsin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan, telefon nömrəsi, elektron poçt ünvanı;

  • Şəxsin sosial-elmi fəaliyyəti ilə əlaqədar məlumat: Şəxsin tərcümeyi-halı, CV və akademik transkripti;

  • Şəxsin maliyyə durumu barədə məlumat: iş yeri, sahibkarlıq fəaliyyəti, əmlakı, gəlirləri,  himayəçilərin

  • Şəxsin qəyyumları (valideynləri) barədə məlumat:  Ad, Soyad, Anadan olma tarixi, Şəxsiyyət Vəsiqəsinin Seriya nömrəsi, gəlirləri və əmlakları barədə məlumat;

  • İnternet saytından istifadəyə dair məlumat:

    • sosialtelebe.org internet saytına daxil olduğunuz bölmələr və oradakı fəaliyyətlər, o cümlədən Sizin və seçimlərinin yadda saxlanması;

    • qurğunuzun məkan məlumatları;

    •  qurğunuzun xüsusiyyətləri;

    • günün vaxtı, görülən tədbirlər daxil olmaqla bir sıra digər qurğu məlumatları.

 

2.BİZ KİMİK?

“Fərid Muradoğlu” MMC Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq qaydada təsis edilmiş və fəaliyyət göstərən, dövlət            qurumu olmayan və hər hansı bir dövlət qurumu ilə bağlılığı olmayan, sosial yönümlü biznes layihələri həyata keçirən məhdud məsuliyyətli cəmiyyətdir.

“Fərid Muradoğlu” MMC  aztəminatlı və təhsilə ehtiyacı olan gənclərin faydalanması üçün təşkil etdiyi tədbirlər sırasına qlobal pandemiya ilə əlaqədar yeni sosial yönümlü kommersiya Layihəsi olan “Gücümüz həmrəyliyimizdir” müsabiqəsinidə daxil edir. Layihə çərçivəsində Azərbaycan Respublikasının  özəl və dövlət təhsil müəssisələrində subbakalavr, bakalavr və ya magistr pillələrində əyani və ya qiyabi formada ödənişli əsaslarla təhsil alan və müəyyən meyarlara cavab verən tələbələr arasında müsabiqə keçirilərək həmin müsabiqədə uğur qazanmış tələbələrə onların ödəyəcəyi 2020/2021-ci təhsil ili  üçün illik təhsil haqqının bir qismi maliyyələşdiriləcəkdir.

Fərdi məlumatların mühafizəsi üzrə koordinator təyin etmişik. Bu Siyasət ilə bağlı hər hansı sualınız olarsa, zəhmət olmasa, maddə 5 -də əks olunan əlaqə məlumatlarını istifadə etməklə onunla əlaqə saxlayın.

 

3.KABINETIN QEYDİYYATINA VƏ AÇILMASINA DAİR İCAZƏ

Hər şeydən əvvəl, xahiş edirik, nəzərə alın ki, fərdi məlumatların məxfiliyinə münasibətdə tətbiq olunan Azərbaycan Respublikasının bütün qanunvericilik aktları müvafiq qaydada Sizin məlumatlarınızın toplanması və istifadəsinə tətbiq edilir.

Fərdi məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq bizdən, kim olduğumuz, fərdi məlumatlarınızdan necə və hansı məqsədlər üçün istifadə etdiyimiz və fərdi məlumatlarınızla bağlı hüquqlarınız barədə Sizə məlumat verməyimiz tələb olunur. Bu məlumat Sizə www.sosialtelebe.org internet saytında və bu Siyasətdə təqdim edilir və oxumağınız vacibdir.

Layihədə iştirak etmək üçün İştirakçı www.sosialtelebe.org internet saytı vasitəsi ilə maddə 7-də göstərilən müvafiq məlumatları təqdim etməklə qeydiyyatdan keçərək şəxsi Kabinetini yaradır.

Sosialtelebe.org internet saytında İştirakçı Kabineti yaradarkən Sizə təqdim edilən formanı qəbul edərək Razılıq verməlisiniz. Həmin Razılıqda Siz heç bir təsir altında olmadan öz azad iradənizlə formada göstərilən şərtləri qəbul etdiyinizi göstərirsiniz. www.sosialtelebe.org  hər bir halda qanuni fəaliyyət göstərir və fərdi məlumatlarınızı qanunla icazə verilən həddə və qaydada toplayır. Bununla belə, www.sosialtelebe.org -un həyata keçirdiyi fəaliyyətin, habelə fərdi məlumatlarınızı toplamağının qanuniliyinə hər hansı şübhəniz varsa, bu Siyasəti qəbul etməyin və Razılıq verməyin.

 

4.İŞTİRAKIN LƏĞV EDİLMƏSİ

Şərtlərimizlə razı deyilsizsə, aşağıda göstərilən əlaqə məlumatları ilə bizimlə əlaqə saxlayaraq Layihədəki iştirakınızı ləğv edə bilərsiniz, lakin bu, Razılığınızı ləğv etməzdən əvvəl aparılmış hər hansı işlənilmənin etibarlılığına təsir göstərmir. Layihədəki iştirakınız ləğv olunduğu təqdirdə təqdim etdiyiniz fərdi məlumatlarınız qanunvericiliyə uyğun olaraq silinir.

 

5.ƏLAQƏ MƏLUMATLARI

  • Hüquqi şəxsin tam adı: “Fərid Muradoğlu” Məhdud Məsuliyyətli

  • Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN): 1504520841

  • Layihədən məsul koordinatorun adı, yaxud vəzifəsi: Məmmədov Fərid Murad oğlu

  • E-poçt ünvanı: Info@sosialtelebe.org

  • Əlaqə nömrəsi: 050 800 11 13/14

 

6.MƏXFİLİK SİYASƏTİNƏ EDİLƏN DƏYİŞİKLİKLƏR

Siyasəti mütəmadi olaraq nəzərdən keçiririk.

Bu versiya sonuncu dəfə (01.02.2021) tarixində yenilənmişdir. Dəyişikliklər vaxtaşırı edilə bilər və edilən dəyişikliklər barədə Sizə elektron poçt məktubu, telefon və ya SMS vasitəsilə məlumat verəciyik. Yeni dəyişiklik edilmiş Siyasət Sizə təqdim olunacaq və Layihədə iştirakdan imtina etmədiyiniz təqdirdə yeni Siyasəti qəbul etmiş sayılacaqsız.

Fərdi məlumatlarınızın dəqiq olması və həqiqəti əks etdirməsi Layihənin həyata keçirilə bilməsi üçün olduqca vacibdir. Zəhmət olmasa, Layihədə iştirak etdiyiniz müddət ərzində Fərdi məlumatlarınızda edilən hər hansı dəyişiklik barədə maddə 5-də göstərilən əlaqə vasitələri ilə Təşkilatçıya məlumat verin.

 

7.HAQQINIZDA TOPLADIĞIMIZ MƏLUMATLAR

Sizin haqqınızda müxtəlif növ Fərdi məlumatları toplaya, yoxlaya sorğulaya, istifadə edə, saxlaya və ötürə bilərik.

Siz layihədə iştirak edərək, özünüz barədə şəxsi məlumatların (ad, ata, adı, yaş, təhsil aldınız məkan, təhsil nəticələriniz), foto və video görüntünüzün www.sosialtelebe.org internet səhifəsində yerləşdirilməsinə razılıq verirsiniz.

 

8.KUKİLƏR

www.sosialtelebe.org internet saytında seçimlərinizi yaddaşda saxlamaq üçün kukilərdən istifadə edilir. Bu platforma Sizi qabaqcıl təcrübə ilə təmin etməyimizə kömək edir və həmçinin saytın təkmilləşdirilməsinə imkan yaradır.

 

9.FƏRDİ MƏLUMATLARINIZ NECƏ TOPLANIR?

Haqqınızda aşağıdakı məlumatları toplanacaq və işləniləcək:

Layihədə iştirak etmək üçün bizə verdiyiniz məlumat.  İştirakçı Layihədə iştirak etmək məqsədilə hesab yaradıb qeydiyyatdan keçdiyi zaman Kimliyiniz, Əlaqə, Sosial-Elmi Fəaliyyətiniz İlə Əlaqədar, Maliyyə Durumu Barədə Və Qəyyumlar (Valideynlər) barədə məlumatlar Siz tərəfdən könüllü təqdim edir. 

Sizin və qurğunuz barədə topladığımız məlumat. Hər dəfə www.sosialtelebe.org internet saytına daxil olanda avtomatik olaraq Qurğu, Məzmun və İstifadə Məlumatları daxil olmaqla İnternet saytından istifadəyə dair məlumatları toplayacağıq.

Sizə aid olan fərdi məlumatlar kukilərdən və şəxsən Layihədə iştirak etdiyiniz zaman digər oxşar texnologiyalardan istifadə etməklə toplanılır. Zəhmət olmasa, daha ətraflı məlumat üçün kukilərə dair siyasətimizlə tanış olasınız.

İzləmə texnologiyalarını aşağıdakılar daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edə bilərik:

  • Son dərəcə zəruri. www.sosialtelebe.org idarə edilməsi üçün tələb olunan kukilər daxil olmaqla www.sosialtelebe.org  internet saytından istifadə etməyə və ona daxil olmağa imkan yaratmaq, o cümlədən fəaliyyətinə maneə törədən amillərin qarşısını almaq və ya fəaliyyəti yaxşılaşdırmaq məqsədilə, izləmə texnologiyalarından istifadəni son zəruri hesab edirik.

  • İcra ilə əlaqəli. www.sosialtelebe.org  internet saytının fəaliyyətini qiymətləndirmək, o cümlədən analitik təcrübələrimizin bir hissəsi olaraq və ya başqa cür, www.sosialtelebe.org  internet saytı vasitəsilə təklif olunan məzmunu, məhsul və ya xidmətləri yaxşılaşdırmaq üçün faydalı olan izləmə texnologiylarından istifadə edə bilərik.

  • Fəaliyyətlə əlaqəli. www.sosialtelebe.org  internet saytına daxil olan zaman Sizin tanınmanız, yaxud seçdiyiniz məlumatların izlənilməsi, o cümlədən www.sosialtelebe.org  saytında məzmunun təqdim edilməsi daxil olmaqla, lakin onlarla məhdudlaşdırmamaq şərtilə www.sosialtelebe.org  saytına daxil olan zaman genişləndirilmiş funksionallığı təklif etmək üçün tələb olunan izləmə texnologiyalarından istifadə edə bilərik.

Www.sosialtelebe.org  internet saytından istifadə etməklə məlumatların saxlanması və ya toplanması üçün izləmə texnologiyalarından istifadə etməyimizə Razılıq veririsiniz.

Layihələrimizlə əlaqədar hazırda və sonralar hazırladığımız və istifadə etdiyimiz digər izləmə texnologiyaları da ola bilər.

 

10.FƏRDİ MƏLUMATLARINIZDAN NECƏ İSTİFADƏ EDİRİK?

Qanunvericiliyin bizə icazə verdiyi əsaslar çərçivəsində Sizin fərdi məlumatlarınızdan istifadə edirik. Fərdi məlumatlarınızdan başlıca olaraq aşağıdakı hallarda istifadə edəcəyik:

  • İşləmədən əvvəl Razılıq verdiyiniz zaman;

  • Layihə çərçivəsində Sizinlə bağlı məlumatların düzgünlüyü və həqiqiliyini yoxlanması üçün dövlət orqanlarına müraciət etməli olduğumuz zaman;

  • Sizinlə müqavilə bağlamaq ərəfəsində olduğumuz, yaxud artıq bağladığımız müqaviləni icra etməli olduğumuz zaman;

  • Qanuni maraqlarımız (yaxud üçüncü tərəfin maraqları) üçün lazım olduqda və Sizin maraqlarınız və hüquqlarınız bunu tələb etdikdə;

  • =Layihə çərçivəsində;

 

Bu Siyasətdə göstərilən hallar istisna olmaqla İştirakçılardan topladığımız məlumatları açıqlamayacağıq. Fərdi məlumatlarınızı üçüncü tərəflərin birbaşa marketinq məqsədləri üçün üçüncü tərəflərlə paylaşmayacağıq. İştirakçıların kimliyinin açıqlanmasına və ya onlarla əlaqə yaradılmasına icazə verməyən İştirakçılar barədə məlumatlar digər İştirakçıların oxşar məlumatları ilə birləşdirildiyi təqdirdə, onları üçüncü tərəflərə təqdim edə və ya kütləvi bildirişini həyata keçirə bilərik.

Fərdi məlumatlərınızı marketinq məqsədləri üçün hər hansı üçüncü tərəflərlə bölüşməzdən əvvəl Sizin Razılığınızı alacağıq.

Fərdi məlumatlarınızdan istifadə etmək məqsədlərimiz aşağıdakı cədvəldə göstərildiyi kimidir.

 

11.FƏRDİ MƏLUMATLARINIZIN AÇIQLANMASI

Bizə təqdim etdiyiniz məlumatlarınızı bu Siyasətdə göstərilənlər istisna olmaqla üçüncü tərəflərə açıqlamırıq. Yuxarıdakı cədvəldə göstərilən məqsədlərin yerinə yetirilməsi üçün Sizin məlumatlarınızı aşağıda göstərilən tərəflərə açıqlayırıq:

  • Daxili üçüncü tərəflər

  • Xarici üçüncü tərəflər

 

12.MƏLUMATLARIN MÜHAFİZƏSİ

Bizə təqdim etdiyiniz bütün məlumatlar mühafizə edilən serverlərdə saxlanılır. Sizə Kabinetin müəyyən hissələrinə çıxış imkanı verən şifrə təqdim etdiyimiz yerdə (yaxud seçdiyiniz yerdə) bu şifrənin məxfi saxlanılması üçün məsuliyyət daşıyırsınız. Şifrəni heç kimə açıqlamamağınız xahiş olunur.

Şəxsi məlumatlarınız ciddi gizlilik, məxfilik və təhlükəsizlik ilə işləniləcək; bununla belə, xahiş edirik, nəzərə alın ki, bir yerdən digərinə hər hansı bir elektron köçürmə zamanı risklər mövcuddur.

Fərdi məlumatlar ilə əlaqədar potensial pozuntunun qabağın alınması üçün qanunla icazə verilmiş hərəkətlərin edilməsi hüququnu özümüzdə saxlayırıq. Habelə qanunla tələb olunan hallarda, Sizə və hər hansı tənzimləyici orqana məlumat verəciyik.

 

13.MƏLUMATLARIN SAXLANILMASI

Sizin məlumatlarınızı onların toplanılma məqsədlərini yerinə yetirənə kimi saxlayırıq.

Nəzərə alın ki, Siz Layihədə iştirakınızın ləğvi barədə bizə müraciət etdiyiniz təqdirdə Sizə məxsus məlumatların tərəfimizindən saxlanılması dayandırılır və qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq silinir.

Həmçinin, biz istənilən vaxt qeyri-dəqiq və düzgün olmayan məlumatların saxlanılmasını dayandıra və ya silə bilərik.

 

14.SİZİN QANUNİ HÜQUQLARINIZ

Fərdi məlumatlarınız üzrə məlumatların mühafizəsi haqqında qanunlarda nəzərdə tutulan aşağıdakı hüquqlara sahibsiniz:

  • Fərdi məlumatlara çıxışın əldə edilməsi. Məlumat subyekti ona aid olan fərdi məlumatların işlənib-işlənməməsi barədə Təşkilatçıdan təsdiq əldə etmək hüququna malikdir.

  • Fərdi məlumatlarınıza düzəliş edilməsi tələbi. İştirakçı Koordinatordan, təxirə salınmadan, düzgün olmayan fərdi məlumatların düzəldilməsini tələb etmək hüququna malikdir Məlumatların işlənilməsi məqsədlərini nəzərə alaraq, məlumat subyekti əlavələr edilməklə natamam fərdi məlumatların tamamlanmasını tələb etmək hüququna malikdir.

  • Fərdi məlumatlarınızın silinməsi tələbi. İştirakçı Koordinatordan, təxirə salınmadan, fərdi məlumatlarınızın silinməsini tələb edə bilərsiniz və Koordinator, heç bir təxirə salınmadan, İştirakçıya məxsus fərdi məlumatları silmək öhdəliyi daşıyır.

  • Fərdi məlumatlarınızdan istifadə edilməsinə məhdudiyyətlər qoyulması tələbi. Məlumat subyekti öz konkret vəziyyəti səbəbindən istənilən vaxt ona aid fərdi məlumatların istifadə edilməsinə məhdudiyyətlər qoymaq hüququna malikdir. Koordinator fərdi məlumatların işlənilməsinin, məlumat subyektinin maraq, hüququ və azadlığından üstün olduğunu, və yaxud qanuni iddiaların irəli sürülməsini, tətbiq edilməsini və ya müdafiə edilməsini sübut edən hüquqi əsasları təqdim etməyənədək, fərdi məlumatların işlənilməsini dayandırır. Fərdi məlumatlar birbaşa marketinq məqsədləri üçün işləndikdə, məlumat subyekti istənilən vaxt ona aid fərdi məlumatların bu cür marketinq üçün işlənilməsindən imtina etmək hüququna malikdir, bu şərtlə ki, imtina bu cür birbaşa marketinqə aid olmuş olsun. İştirakçı birbaşa marketinq məqsədləri üçün fərdi məlumatların istifadə edilməsinə məhdudiyyətlər qoyduqda, fərdi məlumatların bu cür məqsədlər üçün işlənilməsi dayandırılır.

  • Fərdi məlumatlarınızın Sizə, yaxud da üçüncü tərəfə ötürülməsi tələbi. İştirakçı ona aid olan və bizə təqdim etdiyi fərdi məlumatları geri almaq və həmin məlumatları  Layihə çərçivəsində fəaliyyət göstərən səlahiyyətli nümayəndəmiz tərəfindən heç bir maneə olmadan, digər səlahiyyətli nümayəndəmizə  ötürmək hüququna malikdir.

  • istənilən vaxt Razılığın ləğv edilməsi. Bununla belə, Razılığın ləğv edilməsindən əvvəl yerinə yetirilmiş hər hansı əməliyyatlarımızın qanuniliyinə təsir etməyəcək.

Yuxarıda göstərilən hüquqlarınızı həyata keçirmək istəyirsinizsə, maddə 5-də əks olunan əlaqə vasitələri ilə bizimlə əlaqə saxlayın.

tablica1.png
tablica2.png