Müsabiqənin Əsas Şərtləri

“Gücümüz Həmrəyliyimizdir” layihəsi çərçivəsində keçirilən Azərbaycanın bütün regionlarını əhatə edən, özəl və özünü maliyyələşdirən müsabiqə Azərbaycan Diplomatiya Mərkəzi (“Fərid Muradoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən həyata keçirilir.

 

MÜSABİQƏNİN MƏQSƏDİ

Azərbaycanın Respublikasının özəl və dövlət təhsil müəssisələrində SUBBAKALAVR(KOLLEC), BAKALAVR VƏ MAGİSTR pillələrində əyani və qiyabi formada yalnız ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarının müəyyən bir qisminin maliyyələşdirilməsidir. Bunun üçün həmin tələbələr müəyyən meyarlara cavab verməli və müqavilə  ilə müəyyən edilmiş şərtlərlə müsabiqədə uğur qazanmalıdırlar.

İŞTİRAKÇILARIN SEÇİM QAYDALARI

  • İştirakçı mütləq şəkildə tələbə olaraq, meyarlardan ən azı ikisinə cavab verdiyi halda müsabiqədə iştiraka buraxılır.

  • İştirakçıya uyğun gəldiyini qeyd etdiyi hər bir meyar üçün təşkilatçıya sübut təqdim etməlidir.

  • Təşkilatçıda yarana biləcək  hər hansı şübhənin aradan qaldırılması məqsədi ilə iştirakçıdan hər sənədin əslinin və ya notarial qaydada təsdiqlənmiş surətinin təqdim edilməsi tələb oluna bilər.

  • İştirakçı anlayır və razılaşır ki, müsabiqədə özündən başqa meyarlara görə daha çox bal toplaya bilən digər iştirakçılar ola bilər və onların seçilməsi şansı daha yüksəkdir.

  • İştirakçı uğur qazandığı halda, özü barədə məlumatın təşkilatçının internet səhifəsində və sosial media hesablarında dərc etmək hüququ verir.

 

MÜSABİQƏDƏ İŞTİRAK ÜÇÜN MEYARLAR:

  1. Ailədə valideynlərinin birini və ya hər ikisini itirdikdə;

  2. Ailədə valideynlərinin biri və ya hər ikisi işsiz olduqda;

  3. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və veteran statusu almış şəxsin övladı olduğu halda;

  4. Sosial baxımdan aztəminatlı ailə olduqda (ailənin aylıq gəlirinin 600 manat miqdarından çox olmamaq şərti ilə);

  5. Tələbə I, II və ya III dərəcəli əlil olduqda;

  6. Valideynlərdən biri və ya hər ikisi I, II və ya III dərəcəli əlil olduqda;

  7. Ünvanlı dövlət-sosial yardımı alan ailənin üzvüdürsə;

  8. Valideynlərdən biri və ya hər ikisi yaşa görə əmək pensiyası alırsa;

  9. Tələbənin akademik göstəriciləri 91 və daha yüksək (100 ballıq sistem üzrə) olarsa;

  10. Tələbənin ödədiyi illik təhsil haqqı 4500 manatdan çox deyilsə.

 

 

MÜSABİQƏNİN KEÇİRİLMƏSİ VƏ İŞTİRAKÇININ SƏNƏDLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

  • İştirakçı iştirak haqqını ödəməklə müsabiqəyə buraxılr.

  • Azərbaycan Diplomatiya Mərkəzinə yaxınlaşaraq təşkilatçı tərəfindən hazırlanmış müsabiqə anketini onlayn və ya  kağız formatında doldurub təşkilatçıya seçdiyi kateqoriyaya uyğun sənədlərlə birlikdə təhvil verir. (Sənədlər haqqında məlumat Çağrı Mərkəzi tərəfindən iştirakçıya öncədən bildirilir.)

  • Sənədlərin təqdim olunduğu andan etibarən iştirakçı özü barədə fərdi məlumatların təşkilatçıya və sənədlərin onun təhlilinə cəlb olunacaq üçüncü şəxslər tərəfindən  istifadəsinə, təhlilinə və yoxlanmasına müstəsna səlahiyyət verir.

  • Təşkilatçı təqdim edilmiş sənədləri Ekspertiza Heyətinə onların həqiqiliyinin və düzgünlüyünün yoxlanılması üçün göndərir və sənədlərdə hər hansı çatışmazlıq və ya qüsur aşkar etdikdə iştirakçıdan əlavə sənədlərin  və ya məlumatların təqdim edilməsini xahiş edə bilər.

  • Sənədlər təşkilatçı mərkəz tərəfindən təhlil olunduqdan sonra 5 nəfərdən ibarət Müsabiqə Komissiyasına göndərilir. Hər bir iştirakçının sənədləri qiymətləndirilir və meyarlara uyğun olaraq bal verilir. Ən çox bal toplamış ilk 7-13% iştirakçılar uğurlu hesab olunur.

  • Müsabiqə Komissiyasının mülahizəsinə əsasən, uğurlu iştirakçılar aşağıdakı mükafatları qazanır:

  1. SUBBAKALAVR (KOLLEC)- İLLİK TƏHSİL HAQQININ 50%-DƏK, LAKİN 200 MANAT MİQDARINDAN AZ OLMAYAN MƏBLƏĞ;

  2. BAKALAVR-İLLİK TƏHSİL HAQQININ 50%-DƏK, LAKİN 300 MANAT MİQDARINDAN AZ OLMAYAN MƏBLƏĞ;

  3. MAGİSTR-İLLİK TƏHSİL HAQQININ 50%-DƏK, LAKİN 300 MANAT MİQDARINDAN AZ OLMAYAN MƏBLƏĞ;

 

  • Müsabiqədə  iştirakda uğur qazanılıb qazanılmamasından asılı olmayaraq iştirak haqqı otuz doqquz manat geri qaytarılmır.

 

 

 

APELLYASİYA ŞURASI VƏ PROSSESİ

  • Müsabiqənin nəticələrindən razı qalmayan iştirakçı layihə çərçivəsində fəaliyyət göstərən və müstəqil mütəxəssislərdən tərtib olunmuş, ümumi sayı 5 nəfər olan Apellyasiya Şurasına ərizə ilə müraciət edə bilər.

  • Müraciət nəticələrin iştirakçıya göndərildiyi tarixdən 10 təqvim günü ərzində təqdim ediləcək.

  • Apellyasiya Şurasına göndərilən ərizə yazılı formada olmalı və təşkilatçının yerləşdiyi ünvanına poçt göndərişi ilə göndərilməlidir.

  • Apellyasiya ərizəsində aşağıdakı məlumatlar əks olunmalıdır:

  1. İştirakçının şəxsiyyət vəsiqəsi məlumatları (adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, verilmə tarixi, yeri və günü);

  2. Qeydiyyat ünvanı;

  3. Təhsil aldığı təhsil müəssisəsi və kursu;

  4. Apellyasiyanın əsaslandırılması.

  • Apellyasiya ərizəsi iştirakçı tərəfindən imzalanmalıdır. Əgər iştirakçı yetkinlik yaşına çatmayıbsa, apellyasiya ərizəsi həm iştirakçı, həm də iştirakçının valideyni(qəyyumu) tərəfindən imzalanmalıdır.

  • Apellyasiya Şurası ərizəyə daxil olduğu tarixdən iştirakçının iştirakı və ya onun iştirakı olmadan, mövcud dəlillər əsasında 30 gün ərzində baxıb, öz ərarını qəbul edir. Apellyasiya Şurasının qərarı yekundur.

 

 

 

MÜSABİQƏDƏN KƏNARLAŞDIRILMA

  • İştirakçı Müsabiqədə iştirak üçün tələb olunan sənədləri vaxtı-vaxtında təqdim etmədikdə, Müsabiqədən kənarlaşdırılacaq və Təşkilatçı , kənarlaşdırılması barədə İştirakçıya məlumat verə bilər, lakin belə bir öhdəlik daşımır.

  • İştirakçı bu və ya digər formada birbaşa yaxud, dolayı yolla Mərkəz və Müsabiqə komissiyasının üzvlərinin qərarına təsir edəcək hərəkət və davranışlardan çəkinməlidir. Əks halda bu əsasla Müsabiqədən kənarlaşdırılır.

  • İştirakçı Müsabiqədən kənarlaşdırıldığı təqdirdə , səbəbindən asılı olmayaraq , ona ödənilmiş iştirak haqqı geri qaytarılmır. İştirakçı bunu anlayır və qeyri-şərtsiz qəbul edir.

MÜSABİQƏNİN LƏĞV EDİLMƏSİ

  • Təşkilatçı öz mülahizəsi əsasında Müsabiqəni istənilən vaxt ləğv etmək, dayandırmaq və ya şərtlərini dəyişdirmək hüququnu özündə saxlayır. İştirakçılar bunu birmənalı və qeyri şərtsiz qəbul edirlər.

  • İştirakçıların ümumi sayı 50 000 (əlli min) nəfərdən az olduğu təqdirdə , Təşkilatçı Müsabiqəni ləğv etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

  • Müsabiqə Təşkilatçının təşəbbüsü ilə ləğv edildiyi halda artıq qeydiyyatdan keçmiş İştirakçılara hər hansı təzminat verilmədən Müsabiqə üçün iştirak haqqının məbləği geri qaytarılır.