1/4

Azərbaycan diplomatiya mərkəzi təhsil sahəsində tələbələri sevindirəcək yeni sosial layihəyə start verir.Layihə təhsilin inkişafının təmin olunması və tələbələrin təhsil ödənişlərinin ödənilməsi ilə bağlıdır. Yaranmış pandemiya şəraitində layihənin həyata keçirilməsinin əhəmiyyəti böyükdür. Hətta mərkəzin işçi heyəti keçirilən sosial layihə ilə bağlı iyun ayının 5 də ikinci iclasını keçirmişdir. İclasın giriş nitqini başlayan layihənin icraçı heyətinə daxil olan Vəfa Əsədova pandemiya şəraitində bu sosial layihənin əhəmiyyətindən, layihənin icra mexanizmindən danışıb.Daha sonralayihənin direktoru və ideya müəllifi olan Fərid Məmmədov da layihənin təhsilininkişafına təsiri haqqında fikirlərini bölüşüb. Konfransda həmçinin jurnalist Elnur Fərzəliyev də layihənin önəmini qeyd edərək onu yüksək qiymətləndirib.O layihə işçilərinə də həmçinin iştirakçılara uğurlar arzulayıb. İclasda cıxış edən media nümayəndələri də layihəni yüksək qiymətləndirib.Daha sonra dəyirmi masaarxasında fikir mübadiləsi davam etdirilmişdir.