
GÜCÜMÜZ
HƏMRƏYLİYİMİZDİR

Azərbaycan diplomatiya mərkəzi təhsil sahəsində yeni sosial layihəyə start verir.Layihə təhsilin inkişafının təmin olunması və tələbələrin təhsil ödənişlərinin ödənilməsi ilə bağlıdır. Yaranmış pandemiya şəraitində layihənin həyata keçirilməsinin əhəmiyyəti böyükdür. Hətta mərkəzin işçi heyəti keçirilən sosial layihə ilə bağlı may ayının 23 də ilk iclasını keçirmişdir. İclasın giriş nitqini başlayan layihənin direktoru və ideya müəllifi Fərid Məmmədov pandemiya şəraitində bu sosial layihənin əhəmiyyətindən danışıb. Daha sonra Parisdən UNESCOnun mütəxəssisi Oleq Curbatov da layihə haqqında fikirlərini bölüşüb.O layihə işçilərinə də həmçinin iştirakçılara uğurlar arzulayıb. İclasda cıxış edən media nümayəndələri də layihəni yüksək qiymətləndirib.Daha sonra dəyirmi masa arxasında fikir mübadiləsi davam etdirilmişdir.